17 
May
2022
12:15
79
16
855
yuxarı
Basketbol Federasiyasının loqosu və saytı, millimizin isə forması yeniləndi - FOTO/VİDEO
17 May, 2022
12:15
855
79
16
Basketbol Federasiyasının loqosu və saytı, millimizin isə forması yeniləndi - FOTO/VİDEO
Azərbaycan Basketbol Federasiyası loqosunu dəyişib.
Oxu.Az-ın xəbərinə görə, yeni loqoda Azərbaycan bayrağının rənglərindən istifadə olunub.
Həmçinin milli komandanın gözəl tərtib olunmuş yeni formaları və federasiyanın yenilənmiş veb-saytı təqdim olunub.
Federasiyanın bundan sonra yeni şüarı da olacaq - “Yeni nəfəs! Yeni başlanğıc!” Bununla bağlı videoçarx hazırlanıb.
Bildirilib ki, martda İzmirdə, apreldə Ankarada, mayda Tbilisidə təlim-məşq toplanışı keçirilib, iyunda isə İstanbulda toplanış keçirilməsi nəzərdə tutulub.
3×3 millimiz Kiprin Limassol şəhərində, əsas yığmamız isə Maltanın Ta Kali şəhərində yarışacaq.
Səbuhi Musa
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək