17 
May
2022
12:22
29
84
1381
Virtual karabakh

Emin Əmrullayev yeni çempionatın keçirilmə tarixini açıqladı - FOTO

17 May, 2022
12:22
1381

Emin Əmrullayev yeni çempionatın keçirilmə tarixini açıqladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Basketbolla bağlı bizdə stereotiplər var. Düşünürlər ki, adamın boyu qısadırsa, basketbol oynaya bilməz”. 

Oxu.Az-ın xəbərinə görə, bunu Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev deyib. O bildirib ki, basketbolda kifayət qədər yaxşı uşaqların kəşfi onları təəccübləndirib: 

“Biz seleksiya sayəsində 779 nəfər uşaq seçdik. Onlardan 420-si qız, 359-u oğlandır. Onların içərisində boyu 165 sm olanlar da vardı. Bu uşaqlar gələcək əsas millinin bazasını formalaşdıracaqlar”. 

Emin Əmrullayev çempionatın növbəti mövsüm nə vaxt olacağını da bildirib. Onun sözlərinə görə, klublarla artıq görüş keçirilib və oktyabrda yeni mövsümə start veriləcək. Oyunlar şənbə-bazar olmaqla bir məkanda keçiriləcək. Komandaların sayı isə 6-8 aralığında olacaq.

Qeyd edək ki, bu mövsüm çempionat keçirilməyib. 

Səbuhi Musa

FOTO: Sabir Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri