18 
May
2022
18:24
72
6
1005
Virtual karabakh

“Sabah” və “Neftçi” basketbol komandalarını çempionata buraxmaq barədə düşünürlər

18 May, 2022
18:24
1005

“Sabah” və “Neftçi” basketbol komandalarını çempionata buraxmaq barədə düşünürlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayevin “Neftçi” və “Sabah” futbol klublarının daxilində basketbol klublarının yaradılaraq növbəti mövsüm Super Liqada çıxış etmələri barədə fikirləri maraqla qarşılanıb.

Oxu.Az-ın xəbərinə görə, təhsil nazirinin əslində nəzərdə tutduğu “Neftçi” Peşəkar Futbol Klubu yox, Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən “Neftçi” İdman Klubu olub. SOCAR-dan maliyyələşən klubun daxilində isə basketbol bölməsi çoxdan fəaliyyət göstərir.

Klubun mətbuat xidmətinin əməkdaşı Vaqif Alıoğlunun sozlərinə görə, klubun yeni mövsümdən basketbol üzrə çempionatda iştirakı müzakirə edilib. O bildirib ki, hər şey büdcə təsdiqləndikdən sonra dəqiqləşəcək.

Təhsil Nazirliyinə yaxın olan “Sabah” futbol klubunun daxilində isə basketbol komandasının yaradılması isə an məsələsidir. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun bu barədə açıqlaması belə olub:

“Basketbol komandasının yaradılması ilə bağlı məsələyə hələ ki baxılır. Bu istiqamətdə hər-hansı yenilik olsa, bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Onu da bildirək ki, “Sabah” struktur olaraq futbol klubu statusundadır. Əgər basketbol komandası yaradılarsa, qurum idman klubu statusu altında fəaliyyət göstərəcək.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri