18 
May
2022
22:07
17
372
2219
Virtual karabakh

Azərbaycan millisinin baş məşqçisi: “Bakıda tanrı kimi yaşayıram”

18 May, 2022
22:07
2219

Azərbaycan millisinin baş məşqçisi: “Bakıda tanrı kimi yaşayıram”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Üç milyon əhalisi olan Bakıda Tanrı kimi yaşayırsan. Şəhərin köhnə hissəsi o qədər gözəldir ki, ətrafdakı qala divarları ilə birlikdə YUNESKO-nun mədəni irsi siyahısına daxil edilib”.

“Report”un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıdakı həyat tərzi barədə “bresciaingol.com” saytına açıqlamasında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, demək olar, bütün əcnəbilərin yaşadığı kompleksdə, dəniz sahilində mənzili var: “Getdiyiniz yerdən asılı olmayaraq, hər zaman yollarda sıxlıq və tıxac olur. Burada hər cür mətbəxi olan restoranlar, italyan məhsulları satan supermarketlər var”.

Milli komandadakı işini də dəyərləndirən 66 yaşlı mütəxəssis 2016-cı ildə Avropa çempionatının final mərhələsinə çıxardığı Albaniya yığmasındakı uğurunu təkrarlamaq istədiyini söyləyib: “Amma ortada müəyyən fərqlər var. O vaxt Albaniya millisinin demək olar ki, əksər üzvləri Avropada çıxış edirdi. Hazırda onlar daha böyük coğrafiyaya yayılıblar. İngiltərə, İspaniya və İtaliyada legioner həyatı yaşayırlar. Azərbaycan millisində isə cəmi 5 legioner oyunçum var. Onların 3-ü Türkiyə, Portuqaliya və Almaniyada, 2-si isə Polşada çıxış edir”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri