19 
May
2022
12:36
135
16
2344
Virtual karabakh

Rəşad Sadıqov etiraf etdi: “O qolda küləyin rolu az olmadı” - VİDEO

19 May, 2022
12:36
2344

Rəşad Sadıqov etiraf etdi: “O qolda küləyin rolu az olmadı” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Öyrənmək həmişə vacibdir. Mən özüm də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. Həmişə müəllimlərim mənə öyrənməyi deyirdilər. Özüm məşqçi olsam da, bir növ tələbə sayılıram. Çünki indinin özündə də öyrənirəm”. 

Oxu.Az-ın xəbərinə görə, bunu futbol millimizin sabiq kapitanı, “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov deyib.

Bu gün Rəşad Sadıqov ADBTİA tələbələri ilə görüş keçirib. O, karyerası barədə danışıb:

“Qarabağ”a qədər futbol karyeramın uğurlu olduğunu demək olmaz. Adam bəzən futbolçu olduğunu dilə gətirmək istəmirdi. Böyükhesablı məğlubiyyətlər olurdu. Düzdür, o məğlubiyyətlərdən az dərs çıxarmamışam.

Desəm ki, cərimə zərbələrim üzərində xüsusi işləyirdim, bunu yalan demiş olaram. Bəzən olub ki, cərimə zərbəsi vurmaq istəməmişəm, məşqçi deyib ki, vur. Vurmuşam, təsadüfən gedib qol olub. “Rusenborq”a vurduğum qolda küləyin rolu az olmayıb. “Slovan”a da cərimə zərbəsindən vurduğum qol üzərində xüsusi işləməmişdim. Amma Türkiyə millisinə vurduğum qol düşünülmüş, üzərində işlədiyimiz qol idi”. 

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri