20 
May
2022
14:54
37
41
1623
Virtual karabakh

“Sabah”a isti suya görə XƏBƏRDARLIQ edildi

20 May, 2022
14:54
1623

“Sabah”a isti suya görə XƏBƏRDARLIQ edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında bəzi qərarlar qəbul edilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb. 

Məlumata görə:

- Premyer Liqanın XXVII turunun “Şamaxı” – “Qəbələ” oyununda “Qəbələ” klubunun beş futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

- XXVII turun “Sabah” – “Sumqayıt” oyununda “Sabah” klubunun futbolçusu Amin Seydiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün bir oyun cəzalanır, klub 200 manat cərimə olunur;

- “Sabah” klubunun beş futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur;

- “Sabah” – “Sumqayıt” oyununda hakimlər otağı isti suyu olan duş ilə təmin olunmadığı üçün meydan sahibi kluba xəbərdarlıq edilir;

- “Sumqayıt” klubunun yeddi futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri