21 
May
2022
12:10
81
6
658
Virtual karabakh

Avropa çempionatı: Azərbaycanın daha dörd taekvondoçusu mübarizəyə başlayır

21 May, 2022
12:10
658

Avropa çempionatı: Azərbaycanın daha dörd taekvondoçusu mübarizəyə başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın daha dörd taekvondoçusu bu gün Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında mübarizəyə başlayacaq.

68 kq çəki dərəcəsində çıxış edən Cavad Ağayev 1/16 final mərhələsində sloveniyalı Lin Kovaçiçlə üz-üzə gələcək.

80 kq-dakı Taleh Süleymanov eyni raundda RTA komandasından əslən əfqan olan Fərzad Mansuri ilə görüşəcək.

Qadın taekvondoçulardan 46 kq-dakı Minayə Əkbərova 1/8 finalda polşalı Mixal Zrihenlə, 67 kq-dakı Fəridə Əzizova eyni mərhələdə türkiyəli Mervenur Evci ilə qarşılaşacaq.

Bu gün həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayacaq. 80 kq-dakı Əbülfəz Abuzərlinin ilk rəqibi meksikalı Luis Najera olacaq. Parataekvondo üzrə Avropa çempionatı digər qitələr üçün də açıqdır.

Qeyd edək ki, Azərbaycan yarışda 13 taekvondoçu və beş parataekvondoçu ilə təmsil olunur. Daha əvvəl parataekvondoçulardan 70 kq-dakı İmaməddin Xəlilov gümüş, 58 kq-dakı Sabir Zeynalov bürünc medal əldə edib. Çempionat mayın 22-də başa çatacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri