21 
May
2022
14:16
102
22
1571
Virtual karabakh

Tanınmış idmançı Azərbaycan çempionatında çıxış edəcək

21 May, 2022
14:16
1571

Tanınmış idmançı Azərbaycan çempionatında çıxış edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kikboksinq üzrə kişilər və qadınlar arasında keçirilən XXVI Azərbaycan çempionatında 1/4 final görüşləri davam edir.

Oxu.Az-ın xəbərinə görə, bu gün saat 17:00-dan etibarən başlayacaq yarımfinal görüşlərində Azərbaycanın tanınmış kikboksçuları mübarizəyə qoşulacaqlar.

Bunların arasında peşəkar kikboksçu, Ukraynada yaşayan azərbaycanlı Alim Nəbiyev ilk dəfə yerli çempionatda debüt edəcək. 

O, Zabit Səmədovun adını daşıyan döyüş klubunu təmsil edəcək. “Glory” turnirində çıxışları ilə tanınan Alim Nəbiyev 81 kq çəki dərəcəsində “Full Contact” versiyası üzrə mübarizə aparacaq.

Bundan başqa, Azərbaycanın dünya çempionları - federasiyanın I vitse-prezidenti Ramal Aslanov (-75 kq, “Dinamo” İdman Cəmiyyəti), Eduard Məmmədovun tələbəsi olan Anar Məmmədov (-57 kq, ZV Döyüş Akademiyası) və Bəhram Rəcəbzadə (+91 kq, “Altın Qurd”) yarımfinaldan mübarizəyə qoşulacaq.

Qeyd edək ki, Sərhədçi İdman Olimpiya Mərkəzində sabah keçiriləcək final görüşləri “İdman” telekanalı vasitəsilə canlı göstəriləcək.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri