21 
May
2022
15:56
95
8
789
Virtual karabakh

Azərbaycan millisinin daha bir sabiq üzvü Kanada yığmasında çalışa bilər

21 May, 2022
15:56
789

Azərbaycan millisinin daha bir sabiq üzvü Kanada yığmasında çalışa bilər

Futzal üzrə Azərbaycan millisinin sabiq üzvü Serjao Kanadanın yeniyetmə futzalçılardan ibarət millisinə məşqçi təyin oluna bilər. 

Bu barədə Oxu.Az-a bu ilin əvvəlindən Kanadanın yeniyetmə futzal millisinin baş məşqçisi işləyən Elnur Qəmbərov məlumat verib: 

“Əslində mən yaşadığım Toronto şəhərində futzal akademiyası açmaq istəyirəm. Onu da bura o məqsədlə gətirmişəm. Ancaq federasiyaya da bildirmişəm ki, bu şəxs mənə millidə kömək ola bilər. Böyük ehtimalla, o mənim köməkçilərimdən biri olacaq”. 

Qeyd edək ki, əsl adı Serjio Luis Masiel Lukas olan 42 yaşlı Serjao 2008-2010-cu illərdə “Araz Naxçıvan” klubunda çıxış edib. 

Həmçinin, o, Azərbaycan millisində 43 oyun keçirib və 12 qol vurub. Braziliyalı 2010-cu ildə Azərbaycan millisinin Avropa çempionatında dördüncü yeri tutmasında əsas pay sahiblərindən biri olub. 

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri