21 
May
2022
21:05
152
24
1960
Virtual karabakh

“Motivator Azerbaijan” layihəsinin Fariz Məmmədov haqqında çəkdiyi möhtəşəm sənədli film! - FOTO/VİDEO

21 May, 2022
21:05
1960

“Motivator Azerbaijan” layihəsinin Fariz Məmmədov haqqında çəkdiyi möhtəşəm sənədli film! - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Motivator Azerbaijan” layihəsinin təşkilatçılığı, “Azart Group” və “Park Cinema”nın dəstəyi ilə Azərbaycanın peşəkar boks üzrə dünya və Avropa çempionu Fariz Məmmədovun həyat, uğur hekayəsinə həsr olunan “Fariz Boxer” adlı sənədli filmin “Park Cinema”da təqdimat mərasimi keçirilib.

Mərasimdə peşəkar idmançılar, dövlət və iş adamları, tanınmış şəxslər iştirak edərək, film haqqında fikirlərini “Motivator” mikrafonuna danışıblar. Onlar bu filmin ərsəyə gəlməsində əməyi keçən, başda “Motivator Azerbaijan” kanalının təsisçisi, iş adamı Rüfət Həsənova və onun komandasına minnətdarlığını bildiriblər.

Onu da qeyd edək ki, bu sənədli filmdə Fariz Məmmədov müharibə ilə başlayan uşaqlıq illərindən, heç yerdə danışmadığı həbsxana həyatından və azadlığa çıxdıqdan sonra çempionluq məqsədini gerçəkləşdirməsindən danışıb.

Çəkiliş həm Bakıda, həm də Fariz Məmmədovun doğulduğu Ağdam şəhərində aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri