23 
May
2022
11:24
26
93
1776
Virtual karabakh

“Milan”ın baş məşqçisinin qızıl medalı oğurlanıb

23 May, 2022
11:24
1776

“Milan”ın baş məşqçisinin qızıl medalı oğurlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın “Milan” futbol klubunun baş məşqçisi Stefano Pioli medalının oğurlandığını bildirib.

Onun sözlərinə görə, onun medalı komanda mayın 22-də qazanılan çempionluğunu qeyd edərkən oğurlanıb.

“Sassuolo” ilə 3:0 hesabı ilə “Milan”ın xeyrinə başa çatan oyundan sonra mükafatlandırma mərasimi keçirilib və bu zaman naməlum şəxs Piolinin medalını oğurlayıb.

“Qızıl medalımı oğurladılar, kimsə boynumdan onu qopardı. Müraciətim təsir etsə, minnətdar olaram. Bu, mənim yeganə belə mükafatımdır”, - deyə o vurğulayıb.

Mütəxəssis bildirib ki, “Milan” klubunun ölkə çempionatında qələbəsindən sonra qazandığı medalı 2019-cu ilin sentyabrında - Milana baş məşqçi təyin olunmasından bir neçə həftə əvvəl dünyasını dəyişən atasına həsr edib.

Mənbə: La Repubblica

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri