23 
May
2022
10:42
94
8
1081
Virtual karabakh

“Chessable Masters”: Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq

23 May, 2022
10:42
1081

“Chessable Masters”: Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirəcək.

37 yaşlı qrossmeyster “Chessable Masters” adlanan turnirin 1/4 finalında çinli Dinq Lirenlə üz-üzə gələcək.

Şahmatçılar bu raundda rapid növündə dörd dəfə görüşəcəklər. Heç-heçə olacağı təqdirdə blits və armageddon oynanılacaq.

Ş. Məmmədyarov ilkin mərhələni 15 görüşdən sonra 22 xalla 6-cı sırada bitirib, 25 xala malik Liren isə üçüncü olub.

Digər 1/4 final cütlərində niderlandlı Aniş Giri norveçli Aryan Tari ilə, Karlsen ispaniyalı David Antonla, çinli Vey Yi hindistanlı Rameşbabu Praqqnanandha ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. 19 xala malik Məmmədyarov 12 görüşdən sonra 5-ci pillədə qərarlaşıb. “Chessable Masters”də 16 zəka sahibi çıxış edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri