23 
May
2022
17:39
113
26
1882
Virtual karabakh

“Mançester Siti” 10 il fərqlə: Yenə sonuncu tur, geridönüş və çempionluq - VİDEO

23 May, 2022
17:39
1882

“Mançester Siti” 10 il fərqlə: Yenə sonuncu tur, geridönüş və çempionluq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mançester Siti”nin İngiltərə Premyer Liqasında 2021-2022-ci illər mövsümündəki çempionluğu yaddaşlara 10 il əvvəlki görüntüləri gətirib.

Bu barədə klubun rəsmi “Twitter” hesabında paylaşım edilib.

Belə ki, “şəhərlilər” ötən gün “Aston Villa” ilə oyunda meydana çempionluq üçün çıxıb. Lakin meydan sahibləri matçın gedişində 0:2 hesabı ilə geri düşüblər. Əzmkarlıq nümayiş etdirən “Mançester Siti” görüşdə 3:2 hesabı ilə qələbə qazanmağa nail olub.

Son turda, özü də geridönüşlə gələn çempionluq yaddaşlara “şəhərlilər”in 2011-2012-ci illərdəki çempionluğunu gətirib. Həmin vaxt son turda, özü də əsas vaxta əlavə olunmuş dördüncü dəqiqədə Serxio Aqueronun qolu ilə qələbə qazanan Mançester təmsilçisi illər sonra liqanın qalibi olmuşdu.

Qeyd edək ki, mayın 13-də “Etihad” stadionunun qarşısında Serxio Aqueronun heykəli nümayiş etdirilib. Sözügedən heykəl məhz Aqueronun qolu ilə illər sonra qazanılmış çempionluğun 10-cu ildönümünə həsr olunub.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri