23 
May
2022
19:42
100
20
1284
Virtual karabakh

Azərbaycan çempionu dəyişdi - FOTO

23 May, 2022
19:42
1284

Azərbaycan çempionu dəyişdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.

Azərbaycan Şahmat Federasiyasından Oxu.Az-a verilən xəbərə görə, yarışın lideri Gövhər Beydullayeva hesabat turunda Xəyallə Abdullanı məğlub etməklə 5 xal toplayıb və karyerasında ilk dəfə qadınlar arasında Azərbaycan çempionu olub.

Turnirin sürpriz iştirakçısı Ləman Hacıyeva bu dəfə ağ fiqurlarla Türkan Məmmədyarovanı üstələyib. Nəticədə Ləman Hacıyeva 4,5 xalla karyerasında ilk dəfə çempionatın mükafatçısı olub və gümüş medala sahib çıxıb.

Ülviyyə Fətəliyeva qara fiqurlarla Xanım Balacayevanı məğlub edib. Yekun sıralamada 4 xalla yarışı üçüncü pillədə başa vurub. 

Son turda Ayan Allahverdiyevanı üstələyən ötən ilin çempionu Gülnar Məmmədova bu dəfə yarışda 4-cü olub.

Qeyd edək ki, dairəvi sistem üzrə yeddi turdan ibarət çempionatın mükafat fondu 11 400 manat təşkil edib. Qalib 4 min manat pul mükafatı əldə edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri