23 
May
2022
21:58
187
9
2761
Virtual karabakh

Millimizin futbolçusu İngiltərə klubuna geri döndü - FOTO

23 May, 2022
21:58
2761

Millimizin futbolçusu İngiltərə klubuna geri döndü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Portuqaliyanın “Tondela” klubundan ayrılıb. 

Oxu.Az xəbər verir ki, son mövsümü icarə əsasında bu klubda keçirmiş Dadaşov Portuqaliya klubu ilə vidalaşıb:

“Tondela”da enişli-çıxışlı, təcrübələrlə dolu möhtəşəm bir il keçirdim. Bu fürsət üçün kluba təşəkkür etmək istəyirəm. İndi isə vidalaşmaq və gələcəyə fikirləri cəmləmək vaxtıdır. Komanda yoldaşlarıma, azarkeşlərimizə, bütün heyətə və bu mövsüm mənə kömək edən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Renat Dadaşov “Tondela”da 30 oyun keçirib və cəmi iki qol vura bilib. “Tondela” mövsümü 28 xalla 17-ci bitirib və elita ilə vidalaşıb.

Renat müqavilə ilə məxsus olduğu İngiltərənin “Vulverhempton” klubuna qayıdacaq.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri