24 
May
2022
13:45
110
14
1202
Virtual karabakh

FHN-in kikboksinq komandası uğurlu nəticələrə imza atıb - FOTO

24 May, 2022
13:45
1202

FHN-in kikboksinq komandası uğurlu nəticələrə imza atıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

20-22 may tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Gənclər və İdman Nazirliyi və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə kikboksinq üzrə kişilər və qadınlar arasında XXVI Azərbaycan çempionatı keçirilib.

Oxu.Az xəbər verir ki, çempionatda 42 komandadan 200-ə yaxın idmançı kikboksinqin “Full Contact” və “Low Kick” versiyaları üzrə mübarizə aparıb. Yarışda Fövqəladə Hallar Nazirliyinin kikboksinq üzrə kişilərdən ibarət altı nəfərlik yığma komandası İdman-sağlamlıq klubunun kikboksinq üzrə məşqçi müəllimi Elşən İsayevin rəhbərliyi altında yüksək nəticələr əldə edib.

Çempionatda “Full Contact” növündə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, kiçik gizir Camal Məmmədov 54 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

Bundan başqa, “Full Contact” versiyası üzrə İdman-sağlamlıq klubunun üzvləri – 71 kq çəki dərəcəsində Ayxan Həsənov, “Low Kick” növü üzrə isə 60 kq çəki dərəcəsində Sadiq Nəhmədli və FHN Akademiyasının kursantı, 81 kq çəki dərəcəsində İlqar Zeynallı yarışın bürünc medalının sahibi olublar. Qaliblərə Azərbaycan Kikboksinq Federasiyasının medalı və nazirliyin diplomu təqdim olunub.

Qeyd edək ki, Camal Məmmədov ikiqat Azərbaycan çempionu, dünya çempionatının gümüş mükafatçısıdır. O, bu ilin avqust ayında Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına lisenziya qazanıb.

Bu gün FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatda uğur qazanmış idmançılar və məşqçi müəllimlə görüşüb, onları əldə etdikləri nailiyyətlərə görə təbrik edərək, gələcək yarışlarda uğurlar arzulayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri