24 
May
2022
15:48
212
16
1969
Virtual karabakh

Bakıda Türkiyə Super Liqası klubunun futbol məktəbi açıldı - FOTO/VİDEO

24 May, 2022
15:48
1969

Bakıda Türkiyə Super Liqası klubunun futbol məktəbi açıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Super Liqa klubu olan “Alanyaspor”un Bakıda futbol məktəbinin açılışı olub.

Oxu.Az-ın məlumatına görə, Yasamal rayonunda yerləşən qapalı futbol meydançasında baş tutan açılışa “Alanyaspor”un prezidenti Hasan Çavuşoğlu, AFFA-nın baş katibi Sərxan Hacıyev, habelə Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri qatılıblar.

Baş tutan tədbirdə iştirak edən “Neftçi”nin futbolçusu Azər Salahlı Hasan Çavuşoğluna özünün Azərbaycan millisində ötən ilin mayın 27-də Alanyada Türkiyə yığmasına qarşı geyindiyi formanı hədiyyə edib.

Daha sonra “Alanyaspor”un prezidenti qardaş ölkə Azərbaycanda məktəb açdıqları üçün məmnun olduqlarını bildirib. Həmçinin Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi və AFFA-nın baş katibi çıxış edərək yeni məktəb rəhbərliyinə uğurlar arzulayıb.

Qeyd edək ki, məktəbin təsisçiləri Məhəmməd İsmayılov, Məhəmməd Abdullayev və icraçı direktoru Elnur Səmədzadədir.

Səbuhi Musa

FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri