26 
May
2022
11:12
132
5
1207
Virtual karabakh

Azərbaycanın ikiqat Avropa çempionu Türkiyədə mübarizəyə başlayır

26 May, 2022
11:12
1207

Azərbaycanın ikiqat Avropa çempionu Türkiyədə mübarizəyə başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın daha dörd karateçisi bu gün Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəyə start verəcək.

Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən gənclər arasında ikiqat Avropa çempionu Əminağa Quliyev 1/16 final mərhələsində polşalı Bartoş Voyçexovski ilə üz-üzə gələcək.

67 kq-da Tural Ağalarzadə 1/32 finalda sloveniyalı Yaka Talerlə görüşəcək.

Qadınların yarışında 50 kq-da İnci Əzizova 1/16 finalda latviyalı Aleksandra Mixaylova ilə, 55 kq-da Mədinə Sadiqova isə eyni mərhələdə slovakiyalı Hana Kuklova ilə qarşılaşacaq.

Bu gün həmçinin Rafael Ağayev, Asiman Qurbanlı, Pənah Abdullayev, Rafiz Həsənov və Ayxan Mamayevdən ibarət kişi kumite komandamız mübarizəyə qoşulacaq. Yığmamız 1/8 finalda Sloveniya – Kosovo cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, dünən mübarizəyə başlayan Rafael Ağayev, İrina Zaretskaya, Asiman Qurbanlı, Roman Heydərov kimi titullu idmançılarımız da daxil olmaqla yeddi karateçimiz fərdi yarışlarda medalsız qalıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri