26 
May
2022
14:09
82
10
747
Virtual karabakh

İqtisad Universiteti badminton yarışında birinci oldu - FOTO

26 May, 2022
14:09
747

İqtisad Universiteti badminton yarışında birinci oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Badminton Federasiyasının dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “FunniFy” proqramı çərçivəsində tələbələr arasında 28 May – Müstəqillik Gününə həsr olunmuş  badminton yarışı keçirilib.

Oxu.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir “FunniFy” proqramının meneceri Eldar Qurbanov tərəfindən açıq elan edilib.

Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev, Gənclər və İdman Nazirliyinin əməkdaşı Şahmar Tağıyev və İttifaqın sədri Pərviz Mirələmli açılış nitqləri ilə çıxış ediblər. Onlar Prezident İlham Əliyevin idmana və gənclər siyasətinə göstərdiyi xüsusi diqqəti nəzərə alaraq hazırkı proqramın əhəmiyyətindən və tələbələr arasında həyata keçirilən əyləncə və idman oyunlarının təşkilinin vacibliyi haqqında fikirlərini bölüşüblər. Yarışın açılış mərasimi tələbələr tərəfindən müxtəlif musiqi nömrələrinin səsləndirilməsi və kompozisiyaların göstərilməsi ilə yekunlaşıb.

Daha sonra səkkiz təhsil müəssisəni təmsil edən 16 tələbə arasında badminton yarışı baş tutub. Nəticəyə əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin komandası birinci, Azərbaycan Tibb Universitetinin komandası ikinci, Azərbaycan Dillər Universitetinin komandası isə üçüncü yerin sahibi olublar. Sonda qalib komandaların üzvləri mükafatlandırılıb.

Qeyd edək ki, proqram çərçivəsində həyata keçiriləcək layihələr yaxın illər ərzində bütün Azərbaycan üzrə icra olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri