27 
May
2022
00:26
87
18
3679
Virtual karabakh

Türkiyə Kubokunun sahibi bəlli oldu - VİDEO

27 May, 2022
00:26
3679

Türkiyə Kubokunun sahibi bəlli oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Kuboku uğrunda həlledici matç keçirilib.

Oxu.Az xəbər verir ki, final qarşılaşmasında “Kayserispor”la “Sivasspor” üz-üzə gəlib.

Oyunun əsas vaxtında komandalar hərəyə bir dəfə fərqləndiyindən (1:1) əlavə vaxta ehtiyac yaranıb.

Əlavə olunmuş 30 dəqiqə ərzində daha inamla mübarizə aparan “Sivasspor” sonda qələbəni bayram edən tərəf olub - 3:2

Qeyd edək ki, bunadək “Kayserispor” bir dəfə (2007-2008 mövsümündə) ölkə Kubokuna yiyələnib. Onun rəqibi isə tarixində ilk dəfə turnirdə finala yüksəlib.

İndiyədək Türkiyə Kubokunu ən çox qazanan komanda turnirin 18 qat qalibi “Qalatasaray” olub. Ümumilikdə isə 59 illik tarixi ərzində mükafatı 15 fərqli klub əldə edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri