26 
May
2022
23:15
40
294
2759
yuxarı
“Qarabağ”ın keçmiş futbolçusu Ukraynada ağır yaralanıb
26 May, 2022
23:15
2759
40
294
“Qarabağ”ın keçmiş futbolçusu Ukraynada ağır yaralanıb
Vaxtilə “Qarabağ”da çıxış edən ukraynalı futbolçusu Aleksandr Voskoboynik Ukraynadakı müharibədə ağır yaralanıb.
Bu barədə rusiyalı tanınmış teleşərhçi Aleksey Andronov özünün şəxsi "Telegram" kanalında yazıb.
O bildirib ki, ukraynalı veteran hücumçu qondarma Donetsk və Luqansk Xalq respublikalarında səfərbərlik zamanı Rusiya ordusuna cəlb olunub.
Qeyd olunub ki, Voskoboyniklə yanaşı, digər sabiq forvard Vadim Sladki də döyüşlərə qatılıb. Hər iki futbolçu öz ölkələrinə qarşı vuruşmağa məcbur ediliblər. Sladki Donetskdəki küçə döyüşləri zamanı öldürülüb, Voskoboynik isə ayağından ağır güllə yarası alıb. Onun paytaxt Moskvaya aparıldığı bildirilib.
Xatırladaq ki, Aleksandr Voskoboynik 2005-ci ildə “Qarabağ”ın formasını geyinib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək