27 
May
2022
21:54
328
58
7540
Virtual karabakh

Azərbaycan Kuboku: “Qarabağ” “lotereya”da sevindi - YENİLƏNİB + VİDEO

27 May, 2022
21:54
7540

Azərbaycan Kuboku: “Qarabağ” “lotereya”da sevindi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Kubokunun qalibi bəlli olub.

Oxu.Az xəbər verir ki, həlledici matç Qəbələ şəhər stadionunda keçirilib.

“Qarabağ”la “Zirə”nin qarşılaşması gərgin mübarizə ilə yadda qalıb.

Hər iki komanda 90 dəqiqə ərzində bir dəfə fərqləniblər. Əlavə vaxtda isə qol olmayıb.

Belə olan halda qalibi müəyyən etmək üçün “lotereya”ya – penalti zərbələrinə ehtiyac yaranıb.

Bu zaman daha dəqiq oynayan “Qarabağ” yekunda kuboka sahib çıxıb.

21:41

Azərbaycan Kubokunun final matçında əsas və əlavə vaxt başa çatıb.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın ilk 90 dəqiqəsində tərəflər hərəyə bir dəfə fərqləniblər.

Əlavə vaxtda isə qol vurulmayıb.

Kubokun taleyini həll etmək üçün 11 metrlik zərbələrə ehtiyac duyulub.

21:03

Azərbaycan Kubokunun final matçında əsas vaxt başa çatıb.

Oxu.Az xəbər verir ki, 90 dəqiqə boyunca tərəflərdən heç biri üstünlük qura bilmədiyi üçün oyunda əlavə vaxt oynanılacaq.

Qalibi müəyyən etmək üçün 30 dəqiqəlik əlavə vaxt oynanılacaq.

20:31

Azərbaycan Kubokunun final matçında ikinci qol vurulub.

Oxu.Az xəbər verir ki, “Qarabağ” hesabı bərabərləşdirib.

Abdulla Zubir 69-cu dəqiqədə gözəl qola imza atıb.

20:10

Azərbaycan Kubokunun final matçında ikinci hissəyə start verilib.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın ilk hissəsi “Zirə”nin “Qarabağ” üzərində minimalhesablı üstünlüyü ilə yekunlaşıb.

Hazırda ikinci hissə davam edir.

19:53

Azərbaycan Kubokunun final matçında ilk hissə başa çatıb.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın ilk yarısı “Zirə”nin üstünlüyü ilə yekunlaşıb.

Paytaxt təmsilçisi Hamidu Keytanın qolu ilə hissəni üstün bitiriblər.

19:23

Azərbaycan Kubokunun final matçında hesab açılıb. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 17-ci dəqiqəsində “Zirə” hesabda önə çıxıb. 

Hamidu Keyta fərqlənib. 

19:03

Azərbaycan Kubokunda 2021/22 mövsümünün final oyunu keçirilir.

Oxu.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan həlledici matçda “Qarabağ”la “Zirə” qarşılaşır.

Artıq matçda start fiti səslənib. Hesab açılmayıb.

18:26

Azərbaycan Kubokunun final görüşü olan “Qarabağ” – “Zirə” oyununun start heyətləri açıqlanıb.

Oxu.Az heyətləri təqdim edir:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 55. Bədəvi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Rişard Almeyda, 13. Bəhlul Mustafazadə, 11. Xayme Romero, 15. Leandro Andrade, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov

“Zirə”: 41. Anar Nəzirov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkovi, 44. Dimitrios Çantakias, 26. Nemanya Ancelkoviç, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 10. Ağabala Ramazanov, 2. Sərtan Taşkın, 15. Ruslan Abışov, 5. Rahil Məmmədov, 47. Məhəmməd Hamdaui, 9. Loris Bronyo, 99. Ahmed Ayzaya, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 27. Tamerlan Burcəliyev
Baş məşqçi: Rəşad Sadıqov

09:54

Bu gün Azərbaycan Kubokunda 2021/22 mövsümünün final oyunu keçiriləcək. 

Oxu.Az xəbər verir ki, bununla da Azərbaycan futbolunda mövsüm başa çatacaq. 

Sayca 30-cu finalda “Qarabağ”la “Zirə” üz-üzə gələcək. Qəbələdə keçiriləcək matçda Premyer Liqanın çempionu “Qarabağ” “Qızıl dubl”unu rəsmiləşdirmək üçün heç vaxt uduzmadığı rəqibini məğlub etməlidir. 

Qurban Qurbanovun yetirmələri klub tarixində 7-ci kuboku qazanmaqla rekorda imza atmaq arzusundadır. 

Çempionatı bürünc medalla başa vurmuş “Zirə” isə ilk titulunu əldə etməyə çalışacaq. Rəşad Sadıqovun yetirmələri bunun üçün “Qarabağ” sindromunu qıraraq ilk dəfə qalib gəlməli, ya da penaltilər seriyasında qələbəyə sevinməlidir. Bu kubok Sadıqovun məşqçilik karyerasına ilk titul kimi düşəcək. 

Azərbaycan Kuboku

Final

27 may 19:00 

“Qarabağ” – “Zirə” 

Baş hakim: Elçin Məsiyev 

Qəbələ şəhər stadionu

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri