28 
May
2022
18:27
190
21
1894
Virtual karabakh

Bakıda keçiriləcək Dünya Kubokunun açılışı olub - FOTO/VİDEO

28 May, 2022
18:27
1894

Bakıda keçiriləcək Dünya Kubokunun açılışı olub - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakıda atıcılıq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, açılışı gənclər və idman nazirinin müavini Mariana Vasilyeva edib.

M.Vasilyeva Azərbaycana gələn qonaqları salamlayaraq, ölkədə atıcılıq idman növünə marağın olduğunu bildirib və bu mötəbər yarışın Bakıda keçirilməsindən qürur duyduğunu qeyd edib.

Nazir müavini bu gün Azərbaycanın Müstəqillik Günü olduğunu da vurğulayaraq, bu vacib bayramda ölkəmizdə olduqlarına görə iştirakçılara təşəkkürünü bildirib.

Mariana Vasilyeva bu gün həmçinin müstəqil Azərbaycanın ilk Olimpiya çempionu olan Zemfira Meftahətdinovanın doğum günü olduğunu bildirərək, onu təbrik edib.

Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov yarış iştirakçılarına uğur arzulayıb.

Beynəlxalq Atıcılıq İdman Federasiyasının prezidenti Vladimir Lisin Dünya Kubokunun Bakıda keçirilməsinin Azərbaycan Respublikası Prezidentinin ölkə idmanına diqqət və qayğısının göstəricisi olduğunu qeyd edib.

“Biz bilirik ki, atıcılıq idman növünə ölkədə marağın olması böyük zəhmətin və diqqətin nəticəsidir”, - deyən federasiya prezidenti gənclər və idman nazirinə, Azərbaycan Atıcılıq Federasiyasının prezidentinə turnirin təşkilinə görə təşəkkür edib.

Tədbirin rəsmi açılış mərasimindən sonra Dünya Kubokunun seçmə mərhələ atışları keçirilib.

Qeyd edək ki, 29 may - 7 iyun tarixləri arasında Dünya Kubokunda final yarışları baş tutacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri