2 
İyn
2022
00:43
150
16
4271
yuxarı
DÇ-2022: Ukrayna - Şotlandiya cütünün qalibi müəyyənləşdi - VİDEO
2 İyn, 2022
00:43
4271
150
16
DÇ-2022: Ukrayna - Şotlandiya cütünün qalibi müəyyənləşdi - VİDEO
Bu gün Şotlandiya və Ukrayna milli komandaları arasında 2022-ci il dünya çempionatının pley-off mərhələsinin təxirə salınmış yarımfinal oyunu keçirilib.
Qlazqo şəhərindəki “Hempden Park” stadionunda oynanılan qarşılaşma qonaqların üstünlüyü ilə başa çatıb - 3:1.
Qeyd edək ki, Ukrayna finalda Uelslə üz-üzə gələcək. İyunun 5-də Kardiffdə baş tutacaq matç DÇ-2022-yə sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.
Mundiala gəlincə, turnir noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.
Xatırladaq ki, UEFA yarımfinal və final görüşlərinin vaxtını Ukraynadakı müharibə səbəbindən dəyişib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək