29 
Yan
2015
15:11
20
3
2070
Virtual karabakh

Tofiq Bəhramov - 90

29 Yan, 2015
15:11
2070

Tofiq Bəhramov - 90

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya kraliçasının özü ona “Qızıl ilahə” mükafatını təqdim edib.

Bu gün dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun anadan olmasının 90 illik yubiley tədbirləri keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, o 1925-ci il 29 yanvarda Ağdamda indi Ağcabədi rayonuna verilən ərazidə anadan olub.

Azərbaycan futbolçusu, futbol hakimi. Azərbaycan Futbol Federasiyası Assosisiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışmışdır. 

Tofiq Bəhramovun 1966-cı ildə İngiltərədə keçirilən VIII dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar Uembley stadionunna toplaşmış 98 000 tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinə qızıl hərflərlə yazılmışdı. Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi. Həmin ərəfədə “Qızıl fit”lə yalnız baş hakimlər təltif olunurdu.

Tofiq Bəhramova bu oyundan sonra həmçinin, Böyük Britaniya kraliçasının özü “Qızıl ilahə” mükafatını təqdim edib.

Tofiq Bəhramov isə bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası “Qızıl fit”i və “Qızıl ilahə”nin kiçik modelini həmyerlimizə təqdim etmişdi.

“Freeview Playback” şirkəti Böyük Britaniya sakinləri arasında “Siz bəşəriyyət tarixində hansı stop-kadrı ən məşhur hesab edirsiniz?” sualı əsasında sorğunun nəticələrini müəyyənləşdirib. Nəticələrə görə, Ceff Herstin vurduğu qol birinci, Tofiq Bəhramov ikinci, “Əsas instink” filmindəki Şeron Stounun ayaqlarının yığılması epizodu üçüncü yerlə dəyərləndirilib.

Dünya futbol tarixinə “Qızıl fit” almış yeganə laynsman kimi düşən Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.

Bu gün saat 12.00-da AFFA rəsmiləri, veteran və hazırda fəaliyyətini davam etdirən hakimlər, ölkə futbol ictimaiyyətinin nümayəndələri, tədbirə dəvət olunmuş sabiq FIFA referiləri Miroslav Stupar (Ukrayna), Nikolay Levnikov (Rusiya) və Vadim Juk (Belarus) Tofiq Bəhramovun məzarını ziyarət edəcək.

Saat 14.00-da isə “Neftçi”nin veteranlardan ibarət komandası ilə hakimlərdən təşkil olunmuş komanda arasında Olimpiya Yığmalarının Təlim-Məşq Bazasında yoldaşlıq oyunu təşkil olunacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri