İyn
2022
16:39
110
22
849
Virtual karabakh

25 m məsafəyə tapançadan atış üzrə qadınlar arasında yarışın qızıl medalını bolqarıstanlı atlet qazandı - FOTO

2 İyn, 2022
16:39
849

25 m məsafəyə tapançadan atış üzrə qadınlar arasında yarışın qızıl medalını bolqarıstanlı atlet qazandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

25 metr məsafəyə tapançadan atış üzrə qadınlar arasında yarışın qızıl medal qalibi Bolqarıstan atleti Antoaneta Kostadinova olub. Çempionu Azərbaycanın Gənclər və İdman nazirinin müavini Mariana Vasilyeva təbrik edib. 

“Mariana Vasilevanın məni qızıl medalla təltif etməsini gözləyirdim. 3 gün bundan öncə ona söz vermişdim ki, burada qalib olacam. O, mənə dedi ki, qızıl medal qazanmalısan, başqa yolun yoxdur. Seçimim olmadığı üçün işimə məsuliyyətlə yanaşdım. Sözümü tutduğum üçün xoşbəxtəm. Qızıl medal qazandığım üçün sevincliyəm” – bunu Antoaneta Kostadinova deyib.

“Bütün idmançıları dəstəkləyirəm. Bu gün qızıl medal qazanan Antoaneta Kostadinovanı isə yaxından tanıyıram, gözlərimin önündə böyüyüb, vaxtilə işlədiyim zalda idmanla məşğul olub. O, təkcə bolqarıstanlı deyil, həm də mənimlə eyni şəhərdəndir. Məşqçisi də həmin şəhərdəndir. Bu yarışda onlara olan hörməti görürəm. Çünki Tokio Olimpiadasında gümüş medal qazanmışdılar”- nazir müavini belə bildirib.

Gənclər və İdman nazirinin müavini Dünya Kubokunun Bakıda təşkilinin səviyyəsi barədə də danışıb. “Azərbaycan ilk növbədə öz qonaqpərvərliyi ilə seçilir. Ölkəmizdə çox sayda Beynəlxalq yarışlar keçirilir deyə, bu işdə təcrübəmiz böyükdür. Bu gün atıcılıq üzrə Dünya Kubokunda təşkilatçılıqla bağlı nöqsan yoxdur. Ona görə də dünyanın bütün ölkələri böyük məmnuniyyətlə Azərbaycandakı yarışlara qatılır. Üstəlik, koronavirus pandemiyasından sonrakı dövrdəyik. Belə bir zamanda bu cür geniş miqyasda tədbir təşkil etməyi hər ölkə bacarmır” – deyən xanım Mariana Vasilyeva əlavə edib:

“Başda Azərbaycan Atıcılıq Federasiyasının prezidenti olmaqla federasiyanın nümayəndələri və yarışın Təşkilat Komitəsi 66 ölkənin, 700-dən çox atıcının iştirak etdiyi Dünya Kubokunun öhdəsindən layiqincə gəlməkdədir. Kiminlə danışmışamsa, hər biri yenidən Azərbaycana gəlməyi arzuladığını deyib. Bu isə işin öhdəsindən layiqincə gəldiyimizi göstərir”.

14:27

Bakıda atıcılıq üzrə davam edən Dünya Kubokunun bugünkü yarışında həyəcanlı anlar hər kəsin gözünü yaşatdı. 50 metr məsafəyə tüfəngdən atəş üzrə finalda Ukrayna atleti Sergiy Kuliş hindistanlı Suapnil Kusaleni 16:10 hesabı ilə yenərək qızıl medal qazanıb.

“Vətənimdəki müharibə ilə bağlı 3-4 aydır yarışlara qatılmırdım. Ona görə də Dünya Kubokuna köklənmək psixoloji baxımdan çətin idi. İstənilən halda hədəflədiyim qızıl medalı qazandım” – deyən ukraynalı çempion azərbaycanlılara təşəkkür edib.  

Azərbaycana ilk səfəri olmadığını bildirən Sergiy Kuliş əlavə edib: “Ona görə də burada gördüyüm xoş münasibət və yaradılan əla şərait məni təəccübləndirmədi. Atletlərin rahatlığı üçün hər cür imkan yaradılıb. Bakıda olduğum bu neçə gündə söhbətləşdiyim insanlardan Ukraynaya dəstək gördüm. Bu, məni çox sevindirir və ruhlandırır”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri