İyn
2022
19:54
418
171
8027
Virtual karabakh

Millimiz Qazaxıstana məğlub oldu - YENİLƏNİB + SORĞU/VİDEO

3 İyn, 2022
19:54
8027

Millimiz Qazaxıstana məğlub oldu - YENİLƏNİB + SORĞU/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirib.

Oxu.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda C Liqasında 3-cü qrupun I turunda Qazaxıstanın qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Aymbetov 50 və 60-cı dəqiqələrdə iki dəfə fərqlənib. 

19:25

Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirir.

Oxu.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda C Liqasında 3-cü qrupun I turunda Qazaxıstanın qonağıdır.

Oyunda ikinci qol vurulub. Aymbetov 61-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 

19:15

Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirir.

Oxu.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda C Liqasında 3-cü qrupun I turunda Qazaxıstanın qonağıdır.

Oyunda hesab açılıb. Meydan sahiblərinin heyətində Aymbetov 50-ci dəqiqədə fərqlənib.

19:01

Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirir.

Oxu.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda C Liqasında 3-cü qrupun I turunda Qazaxıstanın qonağıdır.

Matçda ikinci hissə gedir. Hazırda hesab açılmayıb.

18:49

Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirir.

Oxu.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda C Liqasında 3-cü qrupun I turunda Qazaxıstanın qonağıdır.

Matçda ilk hissə başa çatıb. Oyunda hesab açılmayıb. 

18:15

Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirir.

Oxu.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda C Liqasında 3-cü qrupun I turunda Qazaxıstanın qonağıdır.

Hazırda oyunda ilk hissə davam edir. Hesab açılmayıb. 

17:21

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin I turunda üz-üzə gələcək Qazaxıstan və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, yığmalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Qazaxıstan: 12. İqor Şatski, 3. Nurəli Alip, 6. Yeldos Əhmədov, 7. Aslan Darabayev, 8. Asxat Taqıbergen (k), 10. Bauırcan Baytana 11. Yan Voroqovski, 13. Bağdad Kairov, 17. Abad Aimbetov, 22. Aleksandr Maroçkin, 23. Elxan Astanov

Ehtiyat oyunçular: 1. Bəyxan Şahzadə, 15. Məhəmmədcan Seysen, 2. Sergey Malı, 4. Samat Jarınbetov, 5. İslambəy Kuat, 9. Artur Şuşenaçev, 14. Vladislav Vasilyev, 16. Qafurcan Suyumbayev, 18. Timur Dosmaqambetov, 19. Mixail Qabışev, 20. Ramazan Orazov, 21. Maksim Samorodov

Baş məşqçi: Məhəmməd Adıyev

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 14. Eddi İsrafilov, 15. Bədəvi Hüseynov, 22. Aleksey İsayev

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Emil Balayev, 2. Qara Qarayev, 7. Namiq Ələsgərov, 11. Ramil Şeydayev, 13. Cəlal Hüseynov, 16. Dmitri Nəzərov, 17. Toral Bayramov, 18. Bəxtiyar Həsənalızadə, 19. Qismət Alıyev, 20. Rişard Almeyda, 21. Anatoli Nuriyev

Baş məşqçi: Canni De Byazi.

Qeyd edək ki, “Astana Arena”da oynanılacaq Qazaxıstan – Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

09:58

Bu gün Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda C Liqasında 3-cü qrupun I turunda Qazaxıstanın qonağıdır. Oyun bu gün başlayacaq ən erkən qarşılaşma olacaq.

Paytaxt Nur-Sultandakı “Astana-Arena”da oynanılacaq matçı macarıstanlı İştvan Vadın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Qrupun digər matçında Belarus Serbiyada Slovakiyanı qəbul edəcək.

Həmçinin, Millətlər Liqasında bu gün digər görüşlər də baş tutacaq. Belçika – Niderland və Fransa – Danimarka matçları maraqla gözlənilir.

UEFA Millətlər Liqası

I tur

A Liqası

1-ci qrup

22:45 Fransa – Danimarka

22:45 Xorvatiya – Avstriya

4-cü qrup

22:45 Belçika – Niderland

C Liqası

3-cü qrup

18:00 Qazaxıstan – Azərbaycan

22:45 Belarus – Slovakiya

D Liqası

1-ci qrup

20:00 Latviya – Andorra

22:45 Lixtenşteyn – Moldova

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri