İyn
2022
00:41
156
114
4641
Virtual karabakh

Millimiz Belarusla sülhə razılaşdı – YENİLƏNİB + VİDEO

7 İyn, 2022
00:41
4641

Millimiz Belarusla sülhə razılaşdı – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan yığması Millətlər Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Belarusla qarşılaşıb.

Matçda hesab açılmayıb.

Qarşılaşmanın 84-cü dəqiqəsində millimiz meydanda azlıqda qalsa da, qalan dəqiqələrdə qol buraxmayaraq səfərdən bir xalla dönməyi bacarıb.

00:31

Bu gün futbol üzrə Azərbaycan yığması Millətlər Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Belarusla qarşılaşır.

Qarşılaşmanın gedişatında millimiz azlıqda qalıb.

Belə ki, matçın 84-cü dəqiqəsində Qismət Alıyev birbaşa qırmızı vərəqə alaraq komandamızı azlıqda qoyub.

Matçda hesab açılmayıb.

22:47

Bu gün futbol üzrə Azərbaycan yığması Millətlər Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Belarusla qarşılaşır. 

Matçda start fiti səslənib. Hazırda hesab açılmayıb. 

21:55

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu gün millimiz Serbiyanın Novi Sad şəhərindəki “Karacorce” stadionundakı qarşılaşmada Belarus millisinin qonağı olacaq.

Belarus Ukraynaya müdaxilədə Rusiya ilə əlbir olduğundan, neytral meydanda oynamağa məcbur edilib.

Artıq komandaların start heyətləri açıqlanıb.

Yığmalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Belarus: 12. Pavel Pavlyuçenko, 2. Danila Neçayev 4. Ruslan Xadarkeviç 5. Vladislav Malkeviç, 6 Sergey Politeviç, 7. Artyom Bıkov 8. Hlep Şauçenka. 11. Andrey Solovey 14. Yevgeni Yablonski (k) 19. Valeri Boçerov, 20. Zaxar Volkov
Ehtiyat oyunçular: 1. Yeqor Xatkeviç, 16. Maksim Plotnikov, 3. Kirill Peçenin, 9. Maks Ebonq, 10. Eqor Boqomolski, 13. Dmitri Bessmertni, 15. Ruslan Yudenkov, 17. Denis Qreçixo, 18. Pavel Sedko, 21. Vladislav Klimoviç, 22. Roman Bequnov, 23. Valeri Qromıko
Baş məşqçi: Georgi Kondratyev

Azərbaycan: 12 Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazade, 5. Maksim Medvedev (k) 6. Höccət Haqverdi 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Edd İsrafilov 18. Cəlal Hüseynov, 20. Riçard Almeyda
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Emil Balayev, 2. Qara Qarayev, 7. Namik Ələskərov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 15. Bəxtiyar Həsənalızadə, 16. Dmitri Nazarov, 17. Coşqun Diniyev, 19. Qismət Alıyev, 21. Anatoli Nuriyev, 22. Aleksey İsayev
Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, bu gün Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri