İyn
2022
15:51
64
14
2271
Virtual karabakh

UEFA-nın Azərbaycanda keçirəcəyi turnir üçün gələcək komandalar bilindi - ADLAR

9 İyn, 2022
15:51
2271

UEFA-nın Azərbaycanda keçirəcəyi turnir üçün gələcək komandalar bilindi - ADLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda keçiriləcək futbol üzrə UEFA Region Kuboku üçün ölkəmizə gələcək komandaların adları bilinib.

Oxu.Az xəbər verir ki, Azərbaycanın həvəskar Region Liqasının qalibi “Cəbrayıl”ın 2-ci qrupdakı rəqibi “Kolos” (Belarus) olacaq. Bu komandalar arasında oyunlar Şamaxı şəhər stadionunda keçiriləcək.

Bakıdakı “ASK Arena”da isə 1-ci qrupda mübarizə aparan “Basiani” (Gürcüstan), “Kaskelen” (Qazaxıstan) və “Tallin Zapoos” (Estoniya) klubları oynayacaqlar.

Qeyd edək ki, qrup oyunları iyunun 23-dən 29-dək keçiriləcək. 1-ci qrupdan olan komandalar bir-biri ilə bir dəfə, 2-ci qrupdakı komandalar isə iki dəfə bir-birini sınağa çəkəcək. İyunun 29-da qrup qalibləri Şamaxıda final qarşılaşmasına çıxacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri