10 
İyn
2022
18:03
144
14
1275
Virtual karabakh

Fərid Qayıbov və “Zirə”nin fəxri prezidenti mini-futbol üzrə milli komandamızın üzvləri ilə görüşüblər - FOTO

10 İyn, 2022
18:03
1275

Fərid Qayıbov və “Zirə”nin fəxri prezidenti mini-futbol üzrə milli komandamızın üzvləri ilə görüşüblər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında çıxış edən mini-futbol üzrə milli komandamız dünən dörddəbir final mərhələsində ev sahibi Slovakiya yığmasına qalib gələrək yarımfinala vəsiqə qazanıb. 

İyunun 10-da gənclər və idman naziri Fərid Qayıbov və “Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov yarımfinal öncəsi onlayn formatda mini-futbol üzrə milli komandanın üzvləri ilə görüşərək qalibiyyət münasibətilə komandanı təbrik edib, yarımfinalda uğurlar arzu ediblər. 
Mini-futbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev diqqətə görə komanda adından təşəkkür edib.

Xatırladaq ki, yarımfinal matçı bu gün Bakı vaxtı ilə saat 20:30-da Koşitsenin “Steel” arenasında baş tutacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri