11 
İyn
2022
19:30
60
204
3961
Virtual karabakh

Azərbaycan Qran-prisi üçün sıralama müəyyənləşdi - YENİLƏNİB + FOTO

11 İyn, 2022
19:30
3961

Azərbaycan Qran-prisi üçün sıralama müəyyənləşdi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin sıralama turu başa çatıb.

Oxu.Az xəbər verir ki, 10 komandanın 20 pilotu yürüşün nəticəsinə əsasən sabah keçiriləcək yarışda start xəttində öz yerlərini müəyyənləşdiriblər.

“Ferrari”nin monakolu pilotu Şarl Lekler yürüşü birinci pillədə başa vurub. O, 1 dəqiqə 41,359 saniyəlik nəticə ilə dövrədə hamını qabaqlayıb.

“Red Bull”un meksikalı pilotu Serxio Peres ikinci, onun belçikalı komanda yoldaşı Maks Ferstappen üçüncü yeri tutub.

18:42

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda ilk qəza baş verib.

Oxu.Az xəbər verir ki, “Aston Martin”in digər pilotu kanadalı Lans Strollun idarə etdiyi bolid dönərkən qoruyucu səddə çırpılıb.

Avtomobilin ön hissəsi qopub və təkərə ziyan dəyib. Nəticədə qırmızı bayraq qaldırılıb, Stroll isə mübarizəni dayandırıb.

18:40-da yarış bərpa olunacaq.

Səbuhi Musa

18:20

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turuna start verilib.

Yarışın təxminən bir saat davam edəcəyi gözlənilir.

Bu gün gerçəkləşən üçüncü sərbəst yürüşdə "Red Bull"dan Serxio Peres ən yaxşı nəticəni göstərib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.

18:00

Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində sıralama turuna 15 dəqiqə gec start veriləcək. 

Oxu.Az xəbər verir ki, saat 18:15-də başlanan yarışın təxminən bir saat davam edəcəyi gözlənilir. 

Qeyd edək ki, Azərbaycan Qran-prisinin əsas yarışında komandaların hansı sırada mübarizəyə başlayacağı məhz bu sıralama turundan sonra müəyyənləşəcək.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri