12 
İyn
2022
10:44
118
12
1179
Virtual karabakh

Bakı Atıcılıq Mərkəzində gənclər arasında Respublika birinciliyi start götürüb – FOTO

12 İyn, 2022
10:44
1179

Bakı Atıcılıq Mərkəzində gənclər arasında Respublika birinciliyi start götürüb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Atıcılıq Mərkəzində gənclərin Respublika birinciliyi başlayıb. Pnevmatik tapança və pnevmatik tüfəngdən atəş üzrə yarışlar qızlar, oğlanlar və qarışıq komanda yarışı olmaqla keçirilir.

Yarışlarda respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən idman klublarının nümayəndələri iştirak edir.

İyunun 12-də qızlar və oğlanlar adasında yarışlar baş tutub.

Bu gün gənclər bir-biri ilə komanda şəklində mübarizə aparır.

“Bakıda keçirilən Dünya Kuboku bizim mərkəzin səviyyəsini, mötəbər yarışlara ev sahibliyi etmək bacarığımızı nümayiş etdirdiyi kimi, yetirmələrimiz barədə də müəyyən fikirlər verdi” – Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov bildirib.

“Bizim tələbələrə çoxlu məşq etmək, mövcud texnikalarını vərdişə çevirmək lazımdır. Həyəcanı yatırmaq üçün onların mütəmadi olaraq, mötəbər yarışlarda iştirakı vacibdir. Bir-biri ilə ünsiyyət texnikalarını paylaşmaq bütün gənclərə faydalıdr” – Emin Cəfərov deyib. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri