14 
İyn
2022
10:36
32
171
3287
Virtual karabakh

Bakıda qəzaya düşən türkiyəli pilot cərimələndi

14 İyn, 2022
10:36
3287

Bakıda qəzaya düşən türkiyəli pilot cərimələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli pilot Cem Bölükbaşı Beynəlxalq Avtomobil Federasiyası tərəfindən cəzalandırılıb.

Oxu.Az xəbər verir ki, cəzaya səbəb “Formula-2” dünya çempionatında Bakıda mübarizə aparan 24 yaşlı pilotun atası ilə israilli sürücü Roy Nissaninin məşqçisi arasında dava olub.

Belə ki, 16-cı yerdə gedən Çexiyanın “Xarouz” komandasının pilotu Bölükbaşı 12-ci dövrədə Fransanın DAMS komandasının pilotu Nissani ilə toqquşub. Nəticədə hər iki bolid baryerə çırpılaraq mübarizədən kənarda qalıb. Qəzadan sonra Nissaninin “pitdə bir axmaq var”, Cemin isə “mənə o vurdu” deməsi rabitə dialoqlarında eşidilib.

İki sürücünün yarışdan kənar qalması incələnib və günahkar Nissani bilinərək ona daha sonrakı yarışa üç sıra geridən başlama cəzası verilib.

Bununla belə, Cemin atası Yavuz Bölükbaşı və meneceri Temuçin Ünalp yarışdan sonra DAMS komandasının qarajına gediblər. Nissaninin məşqçisi Françesko Martineslə onlar arasında mübahisə olub. Cemin atası ilə Martines bir-birlərini itələyiblər.

Bu səbəbdən FIA Yavuz Bölükbaşının “Formula-2”nin sonrakı mərhələsinə qatılmasını qadağan edib. Cem Bölükbaşıya isə 5 min avro pul cəzası verilib.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri