18 
İyn
2022
14:08
20
124
2408
Virtual karabakh

Vitse-prezidentlikdən istefa etmiş şəxs: “Federasiya prezidenti tövsiyəmə qulaq asmır, öz bildiyini edirdi”

18 İyn, 2022
14:08
2408

Vitse-prezidentlikdən istefa etmiş şəxs: “Federasiya prezidenti tövsiyəmə qulaq asmır, öz bildiyini edirdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Federasiyada qalmaqallar baş verirdi. 17-19 sentyabrda keçirilmiş Azərbaycan çempionatından sonra dopinqə tutulmuş idmançılara görə mənim adım hallandı. Həm də federasiya prezidenti Ələddin Əliyevin idarəçiliyindən narazı idim”.

Bunu Oxu.Az-a Azərbaycan Pauerliftinq Federasiyasının sabiq vitse-prezidenti Rüfət Ağayev deyib.

Gəncədə polis mayoru işləyən R.Ağayev bir həftə əvvəl federasiyadan istefa verməsinin səbəbini açıqlayıb:

“Zaur Cəfərov adlı idmançı gənclər və idman naziri Fərid Qayıbova ünvanladığı məktubda mənim də adımı çəkib. Onu federasiyadan qovmuşuq deyə, mənə şər atıb. Təkəbbürlülük kimi çıxmasın, həmişə dünya ulduzlarının sırasında adım çəkilib. Turnirlərin loqolarında mənim şəklim olub.

Federasiya vitse-prezidenti kimi ictimai əsaslarla işləmişəm. Elə olub ki, idmançılara sponsorluq etmişəm. Özümün Gəncədə böyük idman zalım var, hüquq-mühafizə orqanlarında işləyirəm. Mənim adımın dopinq qalmaqalında hallanması nüfuz və imicimə, titullarıma zərbədir. Mənim titullarım min dəfə vitse-prezident olmaqdan üstündür”.

R.Ağayev istefa verməsinin digər səbəbinin federasiya prezidenti ilə bağlı olduğunu bildirib:

“Həm də federasiyanın prezidenti Ələddin Əliyev idarəetmədə işini yöndəmli tutmurdu, səhvlərə yol verirdi. Tövsiyə edirdim ki, bunu et, öz bildiyini edirdi. Bu federasiyanın qurulmasında mənim də əməyim olub. Azərbaycan Pauerliftinq Federasiyasının dünyada tanınması mənim adımla bağlıdır. Belə qalmaqallar mənim reytinqimə pis təsir göstərir”.

O, eyni zamanda onunla bərabər istefa vermiş baş katib Hafiz Verdiyevin yenidən federasiyaya qayıtmasına münasibət göstərib:

“Baş katib Hafiz Verdiyev də mənim tələbəmdir, onun idmançı kimi uğurlarında mənim payım olub. Eyni vaxtda istefa vermişik. Amma onun özünün xəbəri olmadan federasiyaya yenidən baş katib təsdiq ediblər”.

Rüfət Ağayev onu da bildirib ki, federasiyada çox adam onu prezident kimi görür. Onun sözlərinə görə, federasiyada prezident seçkisi də keçirilmir:

“Dəfələrlə idmançılar tərəfindən mənə müraciət olunub ki, federasiyanın prezidenti olum. Amma belə qalmaqallara görə bunu istəməmişəm. Problem ondadır ki, federasiya prezidenti postuna sonuncu dəfə nə vaxt seçki keçirilib məlum deyil. Ələddin özünü prezident sayır, qoy olsun”.

Sonda Əməkdar idman ustası Zaur Cəfərovun ötən il keçirilmiş Azərbaycan çempionatından öncə – 15 sentyabrda nazirliyə göndərdiyi məktubun nüsxəsini də təqdim edirik:

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri