19 
İyn
2022
05:25
20
208
3474
Virtual karabakh

Gürcüstanda qapıçı rəqib komandanın oyunçusunun başına butulka atdı - VİDEO

19 İyn, 2022
05:25
3474

Gürcüstanda qapıçı rəqib komandanın oyunçusunun başına butulka atdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xaşuri İveriya” klubunun futbolçusu Sandro Xaçidze Gürcüstanın ikinci liqasının oyununda dava düşdükdən və başından butulka zərbəsi aldıqdan sonra xəstəxanaya yerləşdirilib.

Hadisə Xaşuri şəhərində yerli “Qldani” komandası ilə oyun zamanı baş verib. Görüşün sonunda oyunçular arasında münaqişə yaranıb. Bu zaman meydançaya şüşə butulka atılıb. Qonaqların qapıçısı onu meydandan kənara atmaq istəyib, ancaq cəhdi uğursuz olub və əşya 17 yaşlı Xaçidzenin başına dəyib.

Nəticədə azarkeşlər meydançaya tökülüşüblər, kütləvi dava başlayıb.

Zərərçəkən Qoridəki “Qormedi” xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildiriblər.

Mənbə: RBK

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri