23 
İyn
2022
15:54
21
232
3092
Virtual karabakh

Azərbaycanlı üzgüçülərin yarışdığı dünya çempionatında amerikalı idmançı huşunu itirdi - FOTO

23 İyn, 2022
15:54
3092

Azərbaycanlı üzgüçülərin yarışdığı dünya çempionatında amerikalı idmançı huşunu itirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı Anita Alvares Budapeştdə su idman növləri üzrə dünya çempionatında solistlərin final müsabiqəsində texniki proqramla çıxış etdikdən sonra hovuzda huşunu itirib.

Alvares batıb və nəfəs almayıb. İdmançının məşqçisi Andrea Fuentes suya atılaraq onu xilas edib.

“Bu, çox qorxunc idi. Xilasedicilər suya atılmadıqları üçün özümü atmalı oldum. Qorxdum, çünki onun nəfəs almadığını gördüm, amma indi özünü çox yaxşı hiss edir”, - deyə Fuentes bildirib.

Alvares xərəkdə tibb məntəqəsinə aparılıb. Daha sonra ABŞ-ın üzgüçülük üzrə milli komandası üzgüçünün vəziyyətinin yaxşı olduğunu bildirib.

Image

Image

Синхронистка на чемпионате мира потеряла сознание и пошла ко дну. Ее спасла тренер

Image

Qeyd edək ki, bu yarışda Azərbaycanın iki üzgüçüsü – Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah da iştirak edirlər.

Mənbə: AFP

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri