24 
İyn
2022
16:36
77
9
630
Virtual karabakh

FIFA-nın keçmiş baş katibi Valke rüşvət almaqda təqsirli bilinib

24 İyn, 2022
16:36
630

FIFA-nın keçmiş baş katibi Valke rüşvət almaqda təqsirli bilinib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçrə Apellyasiya Məhkəməsi Beynəlxalq Futbol Federasiyasının (FIFA) keçmiş baş katibi Jerom Valkeni sənədləri saxtalaşdırmaqda və rüşvət almaqda təqsirli bilib.

FIFA-nın keçmiş rəsmisi şərti olaraq 11 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə həmçinin Valkeni cinayətlərə sövq etməkdə təqsirləndirilən Fransanın PSJ futbol klubunun prezidenti, “beIN Media Group” media holdinqinin rəhbəri Nasir əl-Xelayfiyə bəraət verib.

Qeyd edək ki, 2007-ci ildən FIFA-nın baş katibi vəzifəsində çalışan Valke 2015-ci ildə DÇ-2014-ün bilet satışı zamanı fırıldağa yol verməkdə şübhəli bilindiyi üçün postundan uzaqlaşdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri