24 
İyn
2022
16:18
91
98
3687
Virtual karabakh

“Neftçi”nin yeni baş məşqçisi sabiq həyat yoldaşına ayda 15 min avro aliment ödəyir - FOTO

24 İyn, 2022
16:18
3687

“Neftçi”nin yeni baş məşqçisi sabiq həyat yoldaşına ayda 15 min avro aliment ödəyir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kamara ona siqaret çəkməyi, içki içməyi tərgitmək barədə məsləhətlər verəndə, Laurentsiu Reqekampf da internetdə bu halda görüntülənəndə məcazi şəkildə ölmüşdü. Allah ona nəticə çıxarmağa kömək etsin. Əks təqdirdə biz ancaq onun məşuqəsinin azğın həyatından danışacağıq”.

Oxu.Az xəbər verir ki, bunu “Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Reqekampfın keçmiş həyat yoldaşı, futbol meneceri Anamaria Prodan playtech.ro saytına açıqlamasında deyib.

Prodan rumıniyalı mütəxəssisin şəxsi həyatının onun karyerasına zərbə vurduğunu düşünür. O, xüsusən də 46 yaşlı çalışdırıcının sevgilisinin ona problem yaradacağı qənaətindədir:

“Dua edirəm ki, Bakıda işi uğurlu olsun. Çünki diqqətini işinə cəmləməsə, karyerası maksimum təhlükə altında olacaq. Əgər məşuqəsinin fotosessiyasına, sosial şəbəkədə paylaşdığı qarnının, ayaqlarının şəklinə diqqət yetirsə, onun üçün çox pis olar.

Krayovada gördünüz ki, “Instagram” postları, fotosessiyalar onu haraya apardı. Bu ölkələrdə şübhə ilə yaşamaq çətindir. Mən bunu daha əvvəl demişəm. Bu qadının keçmişi bütün həyatı boyu onu izləyəcək. Əgər sevgilisinə qalib gəlsə, onun ayağından aşağı çəkəcək. Əgər ona uduzsa, onu “dəfn edəcək”. Hər halda, hamının dilindən düşməyən, mənim də gördüyüm şəkil və videolar onun üçün karyeranın sonu deməkdir”.

Qeyd edək ki, “Neftçi” ilə iki illik müqavilə bağlamış Laurentsiu Reqekampf ayda təxminən 15 min avro aliment ödəyir. Ancaq onun “Neftçi”dən əvvəlki komandası olan “Universitatya”dan qat-qat yüksək maaş alacağı (aya 40 min avro) deyilir.

Həmçinin, məhkəmə qərarına əsasən, o, balaca uşağını ayda iki həftə sonu evə aparmaq və oğlu ilə bütün ayı keçirmək hüququna malikdir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri