24 
İyn
2022
18:13
23
101
1536
Virtual karabakh

Belaruslular Şamaxıda Cavid Hüseynovun komandasını məğlub etdi

24 İyn, 2022
18:13
1536

Belaruslular Şamaxıda Cavid Hüseynovun komandasını məğlub etdi

UEFA Region Kubokunda seçmə mərhələnin II qrupunda ilk oyun keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi, millimizin sabiq futbolçusu Cavid Hüseynovun rəhbəri olduğu “Cəbrayıl” II qrupda Belarusun “Kolos” komandası ilə qarşılaşıb.

Şamaxı şəhər stadionunda təşkil olunmuş qarşılaşma “Kolos”un əzmkar qələbəsi ilə yekunlaşıb – 2:1.

Hesabı 10-cu dəqiqədə “Cəbrayıl”ın futbolçusu Mehman Süleymanlı açıb. 38-ci dəqiqədə Aqşin Paşayev penaltidən fərqlənə bilməyib. İki dəqiqə sonra Babək Allahverdiyev qırmızı vərəqə alaraq, yerli komandanı azlıqda qoyub.

Qonaqlar say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıblar. Denis Simançik 62-ci, Aleksandr Paleşçuk isə 74-cü dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

İki komanda arasında iyunun 24-də təkrar qarşılaşma keçiriləcək.

I qrupun Bakıda keçirilən oyununda isə Gürcüstanın “Basiani” komandası Estoniya təmsilçisi “Tallinna Zapoos”u 3:1 hesabı ilə məğlub edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri