25 
İyn
2022
16:32
77
23
1580
Virtual karabakh

Alim Nəbiyev “Operasyon”da - FOTO/VİDEO

25 İyn, 2022
16:32
1580

Alim Nəbiyev “Operasyon”da - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada yaşayan Azərbaycan əsilli kikboksçu Alim Nəbiyev Türkiyədə bir şouda iştirak edəcək.

Bu barədə Oxu.Az-a tanınmış peşəkar kikboksçu özü deyib. Onun sözlərinə görə, şouda 10 kişi və 10 qadın yarışacaq:

“Hazırda Türkiyənin Hatay şəhərindəyəm. Burada “Operasyon” adlı şou-yarışda iştirak edəcəyəm. Altı həftə burada olacağam. Bu gündən telefonlarımızı əlimizdən alacaqlar”.

O həmçinin Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edə bilməyəcəyini açıqlayıb:

“İslamiadaya getməyim alınmadı. Çünki təzə qaydalar qoyulub. Dedilər ki, Azərbaycan pasportu alsan belə, iki il Azərbaycanda yaşamalısan. Halbuki pasportumu düzəltdirmişdim və kikboksinq üzrə Respublika çempionatının qalibi olmuşdum”.

Qeyd edək ki, sözügedən yarışda cüdoçu İlkin Babazadə və MMA idmançısı Tünzalə İmanlı da iştirak edəcəklər. Yarışın ən yaxşı oyunçusu sonda 500 min lirə (təxminən 49 min manat) qazanacaq.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri