30 
İyn
2022
15:00
67
8
1816
Virtual karabakh

“Barselona”nın hücumçusu: “Azad yaşayanda belə olur”

30 İyn, 2022
15:00
1816

“Barselona”nın hücumçusu: “Azad yaşayanda belə olur”

“Barselona”nın niderlandlı hücumçusu Memfis Depay sosial şəbəkə hesabında paylaşdığı fikirlərlə diqqət mərkəzinə düşüb.

28 yaşlı futbolçu ona qarşı olan qüvvələrin fəaliyyətindən şikayətlənib.

“Bir futbolçu kimi ətrafımda mənə qarşı müəyyən taktikanın hazırlandığını görürəm. Eybi yox, mən, onsuz da, favoritlər siyahısındayam. Bütün həyatım boyu zahiri görünüşümlə və davranışlarımla fərqlənməmişəm. Azad yaşayanda belə olur”, - Memfis Depay qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl “Barselona”nın 28 yaşlı futbolçu ilə yollarını ayırmağa hazırlaşdığına dair xəbərlər dərc edilib.

Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2023-cü ilin sonunda başa çatır.

Mənbə: Memfis Depayın “Twitter” səhifəsi

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri