İyl
2022
23:54
418
141
11228
Virtual karabakh

“Qarabağ” Çempionlar Liqasına məğlubiyyətlə başlayıb - YENİLƏNİB + FOTO/VİDEO

5 İyl, 2022
23:54
11228

“Qarabağ” Çempionlar Liqasına məğlubiyyətlə başlayıb - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

"Köhlən atlar" I təsnifat mərhələsinin ilk oyununda Polşa "Lex"inin qonağı olub. Poznan şəhərindəki eyniadlı stadionda oynanılan qarşılaşma meydan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

23:07

Polşada "Lex" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

İlk yarıdan sonra "köhlən atlar" 0:1 hesabı ilə uduzur.

23:06

Polşada "Lex" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

"Köhlən atlar" fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb.

Yeganə qolu 41-ci dəqiqədə meydan sahiblərinin kapitanı Mikhael İshak vurub.

22:45

Polşada "Lex" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

41-ci dəqiqədə Mikhael İshak meydan sahiblərini önə çıxarıb - 1:0.

22:02

Polşada "Lex" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu başlayıb.

Poznandakı eyniadlı stadionda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürüb.

Görüşü Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda baş tutacaq.

22:01

Polşada UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Lex" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

Oxu.Az-ın Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:

"Lex": 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşu, 6. Yesper Karlström, 9. Mikael İshak, 16. Antonio Miliç, 21. Mixal Skuras, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka

Baş məşqçi: Con van den Brom

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev 2. Qara Qarayev 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, Poznandakı eyniadlı stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq

09:18

“Köhlən atlar” I təsnifat mərhələsinin ilk oyununda Polşa “Lex”inin qonağı olacaq. Poznan şəhərindəki eyniadlı stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edəcək.

Oyun öncəsi Ağdam təmsilçisinin heyətində itki yoxdur. Meydan sahiblərindən isə iki futbolçu oyunu buraxacaq. Polşalı müdafiəçi Bartoş Salamon zədə səbəbindən, ispaniyalı yarımmüdafiəçi Dani Ramires isə Poznan təmsilçisindən ayrılmaq istədiyi üçün meydana çıxmayacaqlar.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

5 iyul

22:00. “Lex” (Polşa) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Xose Luis Munuera

Poznan, “Poznan” stadionu.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 7-də Bakıda olacaq. Bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə “Sürix’’i ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri