İyl
2022
10:24
62
16
2541
Virtual karabakh

“Mançester Yunayted” Ronaldunu almaq istəyən klubun qarşısına şərt qoydu

5 İyl, 2022
10:24
2541

“Mançester Yunayted” Ronaldunu almaq istəyən klubun qarşısına şərt qoydu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mançester Yunayted” portuqaliyalı hücumçu Kriştianu Ronaldunun başqa kluba keçidinə yalnız bir şərtlə maneə yaratmayacağını açıqlayıb.

Şərtə görə, ulduz futbolçunu sıralarına qatmaq istəyən klub hücumçunun “Mançester Yunayted”ə 12 ay ərzində həftəlik 500 min funt sterlinq maaşının ödənişini öz üzərinə götürməlidir.

Qeyd edək ki, İngiltərə mətbuatı iddia edir ki, Kriştianu Ronaldu artıq bu transfer pəncərəsində klubu tərk etmək arzusunu ifadə edib və hətta agentdən onun üçün yeni komanda seçməsini xahiş edib.

Lakin “Mançester Yunayted”in rəhbərliyi futbolçu ilə həmfikir deyil və onu satmağı planlaşdırmır.

Mənbə: ESPN

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri