İyl
2022
16:47
21
88
2584
Virtual karabakh

“Qarabağ”a qarşı mübarizə aparmış klubun baş məşqçisi PSJ-də - YENİLƏNİB

5 İyl, 2022
16:47
2584

“Qarabağ”a qarşı mübarizə aparmış klubun baş məşqçisi PSJ-də - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

PSJ-nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Məlumat Paris klubunun rəsmi saytına dərc edilib. 

Belə ki, 55 yaşlı fransalı futbol mütəxəssisi Kristof Qaltye PSJ-nin yeni baş məşqçisi təyin edilib.

Kristof Qaltyenin əvvəlki iş yeri Fransanın “Lill” klubu olub. 

O, “Lill” ilə 2020-2021-ci il mövsümündə Fransa Superkubokunu və Fransa çempionluğunu qazanıb. 

Qeyd edək ki, Kristof Qaltye Azərbaycan futbol ictimaiyyətinə də tanışdır. Belə ki, “Qarabağ” 2014-cü ildə Avropa Liqasının qrup mərhələsində Fransanın “Sent-Etyen” klubu ilə mübarizə aparıb. 

O zaman “Sent-Etyen” klubuna məhz Kristof Qaltye rəhbərlik edirdi. Klublar arasında baş tutan iki görüş də heç-heçə başa çatıb (1:1, 0:0).

16:24

Fransanın PSJ klubu argentinalı baş məşqçisi Maurisio Poçettino ilə yollarını ayırıb.

Bu barədə klubun saytı məlumat yayıb.

“Klubumuz Poçettino ilə tərəfdaşlığımızı başa vurduğumuzu təsdiqləyir. Maurisio və onun məşqçilər heyətinə PSJ-dəki fəaliyyətinə görə təşəkkür edirik”, - Fransa klubunun yaydığı məlumatda qeyd olunub.

Qeyd edək ki, argentinalı mütəxəssis 2021-ci ilin yanvarından Paris təmsilçisini çalışdırırdı.

Onun rəhbərliyi altında komanda Fransa Kubokunu və Superkubokunu qazanıb, eyni zamanda tarixində 10-cu dəfə ölkə çempionu olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri