İyl
2022
17:12
273
11
1130
Virtual karabakh

Azərbaycan cüdoçusu beynəlxalq turnirin qalibi olub

5 İyl, 2022
17:12
1130

Azərbaycan cüdoçusu beynəlxalq turnirin qalibi olub

FHN əməkdaşı cüdo üzrə beynəlxalq turnirdə qızıl medal qazanıb.

Nazirlikdən verilən məlumata görə, 2-3 iyul 2022-ci il tarixlərində Rumıniyanın Kluj-Napoka şəhərində Cüdo üzrə böyüklər arasında Açıq Avropa turniri keçirilib.

Yarışda 32 ölkənin 200-dən artıq idmançısı iştirak edib.

Beynəlxalq turnirdə Azərbaycan cüdo millisinin üzvü Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının əsgəri Murad Fətiyev 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahib olub.

Qeyd edək ki, Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandası Açıq Avropa turnirini birinci yerdə başa vurub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri