İyl
2022
20:50
245
19
2378
Virtual karabakh

Qvardioladan Ukrayna müdafiəçilərinə hədiyyə - VİDEO

7 İyl, 2022
20:50
2378

Qvardioladan Ukrayna müdafiəçilərinə hədiyyə - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müasir futbolun ən yaxşı məşqçilərindən biri olan Pep Qvardiola Ukrayna hərbçilərinə inanılmaz hədiyyə göndərib.

O, bu jesti futbol agenti Oleq Smaliyçukun hədiyyəsinə cavab olaraq edib. Bİr müddət əvvəl Smaliyçuk ön cəbhədə olan hərbçilərlə birlikdə futbol oynayıb və topu Pep Qvardiolaya hədiyyə edib. Bu yolla onlar futbol mütəxəssisinə Ukraynanı və Aleksandr Zinçenkonu dəstəklədiyinə görə təşəkkür ediblər.

Lakin Qvardiola da orclu qalmayaraq, əvəzində rəhbərlik etdiyi “Mançester Siti”nin oyunçuları tərəfindən imzalanmış topu Ukrayna müdafiəçilərinnə göndərib.

“Oleq, hədiyyənizi aldım. Göndərdiyiniz videoya görə sizə və uşaqlarınıza çox sağ olun. Bu məni çox təsirləndirdi.

Mən də sənə top göndərmək istəyirəm. Ümid edirəm o sənə çatar. Bu top sizin və dostlarınız üçün Premyer Liqanın son qalibi olan Mançester Siti”nin bütün oyunçuları tərəfindən imzalanıb.

Əlbəttə ki, sizə hər şeyin ən yaxşısını arzulayıram. Ümid edirəm ki, bu müharibə tezliklə bitəcək və siz normal həyata, yaxınlarınızın yanına qayıdacaqsınız”, - Qvardiola bildirib.

Xatırladaq ki, Qvardiola dəfələrlə Ukraynanı dəstəkləyib. O hətta Aİ və NATO-nu bu ölkəyə kifayət qədər dəstək vermədiyinə görə qınayıb.

Mənbə: segodnya.ua

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri