15 
İyl
2022
15:23
47
80
2718
Virtual karabakh

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atıldı - YENİLƏNİB + FOTO

15 İyl, 2022
15:23
2718

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atıldı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün püşkü atılıb.

Oxu.Az xəbər verir ki, püşkatma nəticəsində I turda üz-üzə gələcək komandalar bəlli olub.

Azərbaycan Premyer Liqası
I tur
5 avqust

“Sabah” – “Sumqayıt”
“Turan Tovuz” – “Qəbələ”
“Kəpəz” – “Zirə”
“Şamaxı” – “Neftçi”
“Qarabağ” – “Səbail”

Qeyd edək ki, yeni mövsüm avqustun 5-də start götürəcək.

Daha çox şəkil burada: Photostock.az

11:44

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün püşkü atılacaq.

Oxu.Az xəbər verir ki, püşkatma mərasimi saat 15:00-da başlayacaq.

AFFA-nın inzibati binasında təşkil olunacaq tədbirə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Premyer Liqada mübarizə aparacaq klubların təmsilçiləri qatılacaq.

Son altı mövsümdən fərqli olaraq, bu dəfə komanda sayı 8-dən 10-a yüksəldilib. “Qarabağ”, “Neftçi”, “Zirə”, “Qəbələ”, “Sabah”, “Keşlə”, “Sumqayıt” və “Səbail” komandaları ilə yanaşı, “Turan Tovuz” və “Kəpəz”ə ölkənin əsas çempionatında iştirak etmək üçün lisenziya verilib.

Qeyd edək ki, yeni mövsüm avqustun 5-də start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri