18 
İyl
2022
22:14
45
116
1736
Virtual karabakh

Polis “Milan”ın futbolçusunu cinayətkarla səhv saldı - VİDEO

18 İyl, 2022
22:14
1736

Polis “Milan”ın futbolçusunu cinayətkarla səhv saldı - VİDEO

İtaliya polisi “Milan”ın futbolçusu Tyemue Bakayokonun avtomobilini yoxlamaq üçün saxlayıb.

Hadisə Milanda baş verib. İdmançı maşını tərk etməyə məcbur olub, bundan sonra polis onun üst-başını axtarmağa başlayıb.

Polislərdən biri silahı maşına tuşlayıb. Az sonra həmkarı futbolçunu yoxlayan işçiyə yaxınlaşaraq nəyisə izah etməyə başlayıb. Polis işçisi onun sözlərindən sonra təəccüblənib və Bakayokonun kürəyinə vuraraq onu buraxıb.

Polis məşhur futbolçu Bakayokonu tanımayıb və onu şəhərdə baş verən atışmada şübhəli bilinənlərdən və axtarışda olanlardan biri ilə səhv salıb.

27 yaşlı futbolçu 2017-ci ildə qoşulduğu Londonun “Çelsi” klubuna məxsusdur. O, 2018-ci ildən icarə əsasında “Milan”, “Monako”, “Napoli” və yenidən “Milan”da çıxış edib. 2021/22 mövsümünün sonunda İtaliya çempionu olub.

Mənbə: Gazzeto della Sport

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri