19 
İyl
2022
21:55
746
42
9876
Virtual karabakh

“Qarabağ”-“Sürix”lə qarşılaşmada qalib gəldi - YENİLƏNİB + VİDEO

19 İyl, 2022
21:55
9876

“Qarabağ”-“Sürix”lə qarşılaşmada qalib gəldi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”-“Sürix” qarşılaşması təmsilçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Oyunun ən maraqlı anlarını və vurulan bütün qolları təqdim edirik: 

21:43

“Qarabağ”-“Sürix” qarşılaşmasında qonaqlar yenidən hesab arasındakı fərqi azaldıblar. 

Qonaqların heyətində 85-ci dəqiqədə penalti zərbəsindən M.Kryeziu fərqlənib. 

21:23

UEFA Çempionlar Liqasınının II təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Sürix” qarşılaşmasında qonaqlar fərqi azaldıb. 

“Sürix”in heyətində 65-ci dəqiqədə L.Kamberi fərqlənib. Lakin bu qoldan dərhal sonra təmsilçimiz yenidən fərqlənib. “Qarabağ”ın heyətində İ.Vadji yenidən fərqi iki topa çatdırıb.

21:01

UEFA Çempionlar Liqasınının II təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Sürix” qarşılaşmasında ikinci hissə start götürüb. 

20:48

UEFA Çempionlar Liqasınının II təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Sürix” qarşılaşmasının ilk hissəsi başa çatıb. 

İlk hissədən sonra Azərbaycan çempionun Kadi Borges və İbrahima Vadjinin qolları ilə 2-0 öndədir. 

20:37

“Qarabağ” “Sürix”lə qarşılaşmada fərqi artırıb. 

Təmsilçimizin heyətində 36-cı dəqiqədə İ.Vadji hesabı 2-0 edib.

20:19

Azərbaycan çempionu “Qarabağ” “Sürix”lə qarşılaşmada hesabda önə keçib. 

Təmsilçimizin heyətində 17-ci dəqiqədə Kadi Borges hesabı açıb.

19:59

Bakıda UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin çərçivəsində “Qarabağ”  və İsveçrənin “Sürix” komandaları arasındakı qarşılaşma start götürüb. 

19:00

Bakıda UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Qarabağ” və İsveçrə “Sürix”inin start heyətləri açıqlanıb.

“Report”un Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaq.

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

“Sürix”: 25. Brecher (GK) 2 Kamberi 3 Guerrero 6 Aliti 10 Marchesano 16 Hornschuh 19 Boranijaševič 21 Džemaili 22 Gnonto 23 Rohner 31 Kryeziu

Baş məşqçi: Franko Foda

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sürix” görüşü saat 20:00-da başlanacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri