20 
İyl
2022
01:30
31
56
2778
Virtual karabakh

Mahir Emrelinin komandası Çempionlar Liqasına heç-heçə ilə başladı

20 İyl, 2022
01:30
2778

Mahir Emrelinin komandası Çempionlar Liqasına heç-heçə ilə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib.

“Report”un məlumatına görə, ilk oyun günündə yeddi qarşılaşma keçirilib.

“Qarabağ” Bakıda İsveçrə “Sürix”ini 3:2 hesabı ilə məğlub edib. Ermənistan “Pünik”i evdə Lüksemburq “Düdelanj”ına uduzub.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiyada Şimali Makedoniyanın “Şkupi” kollektivi ilə bacarmayıb - 2:2. 25 yaşlı forvard zədədən sonra bərpa prosesi keçdiyi üçün bu qarşılaşmada iştirak etməyib.

“Lüdoqorets” Bolqarıstanda İrlandiya “Şemrok Rovers”inə böyük hesabla qalib gəlib. “Midtüllann” Danimarkada Kiprin AEK (Larnaka) komandasının müqavimətini qıra bilməyib. Norveç “Budyo Qlimt”i isə Şimali İrlandiyada “Linfild”ə məğlub olub.

UEFA Çempionlar Liqası, III təsnifat mərhələsi

İlk oyunlar

20:00. “Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə) - 3:2

Qollar: Kadi Borges, 17. İbrahima Vadji, 36; 66 - Lindrit Kamberi, 65, M.Kryeziu, 85.

20:00. “Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq) - 0:1

Qol: Samir Haci, 72 (penalti)

20:00. “Jalgiris” (Litva) – “Malmö” (İsveç) - 1:0

Qol: Fabyen Ureqa, 49

21:45. “Lüdoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya) - 3:0

Qollar: Pyeros Sotiriu, 26; 35. İqor Tyaqo, 90+4

21:45. “Midtüllann” (Danimarka) - AEK (Larnaka, Kipr) - 1:1

Qollar: Erik Svyatçenko, 84 - Adam Dyurço, 81

22:45. “Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç) - 1:0

Qol: Kirk Millar, 83

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Şkupi” (Şimali Makedoniya) - 2:2

Qollar: Ariyan Ademi, 44. Bruno Petkoviç, 86 - Putita, 25. Renaldo Sefas, 89

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri